Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 999 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 342 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 375 580, birinci doza peyvəndlərin ümumi sayı 5 319 726, ikinci doza vaksinlərin sayı 4 815 285 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 015 906, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 224 663 olub.