Polis Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən qadını saxlayıb

Polis Bakıda yeniyetməyə qarşı soyğunçuluq edən qadını saxlayıb

Bakının Yasamal rayonu ərazisində bir yeniyetməyə zor tətbiq edən qadının onun 50 manatını talaması barədə polisə məlumat daxil olub. 

NOCOMMENT.az xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.