Prezidentdən müsahibə götürən yerli jurnalistlər: üç telekanal iştirak etməyib

Prezidentdən müsahibə götürən yerli jurnalistlər: üç telekanal iştirak etməyib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib.

Dövlət başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, Prezidentlə müsahibədə 5 yerli telekanalın əməkdaşı iştirak edib.

Bunlar “Real” telekanalından Səbinə Ağayeva, CBC telekanalından Elmira Musazadə, İctimai Televiziyadan Murad Hüseynov, ARB24 telekanalından Rasim Şərifov və Azərbaycan Dövlət Televiziyasından (AzTV) Rüfət Həmzəyevdir.

Telejurnalistlərin Prezident İlham Əliyevlə müsahibəsi 3 saat davam edib.

Maraqlıdır ki, ölkə başçısı ilə müsahibədə Space TV, Azad Azərbaycan Televiziyası (ATV), Xəzər TV iştirak etməyib.