Qatar gənci vuraraq öldürüb

Qatar gənci vuraraq öldürüb

Kürdəmirdə 20 yaşlı gənci qatar vuraraq öldürüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə rayonun Karrar kəndindən keçən dəmiryolunda qeydə alınıb.

Kənd sakini Quliyev Elgün Bünyəd oğlunu qatar vurub. Ağır bədən xəsarətləri alan E.Quliyev yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.