Qəza bu avtobusların hərəkət sxemini dəyişdi

Qəza bu avtobusların hərəkət sxemini dəyişdi

Yasamal rayonu Əsəd Əhmədov küçəsində su borusunun partlaması səbəbindən həmin ərazidən keçən 211, 77, 194 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda qeyd olunan marşrutlar üzrə avtobuslar alternativ küçələr ilə hərəkət etməkdədirlər.