Qırıcılarımız şərti düşmən hədəflərini MƏHV ETDİ

Qırıcılarımız şərti düşmən hədəflərini MƏHV ETDİ

Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub.

Müdafiə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, ssenariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib.

Birgə taktiki-uçuş təlimi davam edir.