Qobustanda yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb

Qobustanda yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində yanacaqdaşıyan avtomobil yanıb, bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də üç nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir.

Əraziyə dərhal Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.

Hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib.