Qonaq getdiyi evdən müəmmalı şəkildə itkin düşdü – FOTO

Qonaq getdiyi evdən müəmmalı şəkildə itkin düşdü – FOTO

Sabirabadda 34 yaşlı kişi 6 aydır itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan NOCOMMENT.aza verilən məlumata görə, rayon sakini Xəyal Həsənov bu ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

Xəyal Həsənovun əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.