Vaxtilə “Sumqayıt Tikinti Mexanizasiya” ASC-yə məxsus olan torpaq sahəsi ASC rəhbərliyi tərəfindən Sabir Məmmədliyə satılıb. Sabir Məmmədli həmin ərazini rəsmi şəkildə özəlləşdirdiyini bildirir.
NOCOMMENT.az xəbər verir ki, lakin onun sözlərinə görə, qonşuluqda yaşayan Səfər Məmmədov öz həyətyanı sahəsini genişləndirmək məqsədilə onun yolunu kəsib və ümumilikdə 6 sot torpaq sahəsini qanunsuz olaraq öz ərazisinə əlavə edib.












