Quru sərhədlərin açılması niyə daşa dirənib? – DSX-dən AÇIQLAMA

Nazirlər Kabinetinin qərari ilə bir çox məhdudiyyətlər aradan qaldırılsa da, qapalı məkanlarda tibbi maskadan istifadə, “COVID-19 pasportu” və quru sərhədlərin bağlı qalması tətbiq edildiyi qaydada qüvvədədir.

NOCOMMENT.az xəbər verir ki, ölkədə epidemioloji vəziyyət qaydaların tətbiq edildiyi dönəmlə müqayisədə stabilləşib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda 1 aprel tarixində koronavirusa 47 yeni yoluxma faktı qeydə alınıb. Azərbaycanda pandemiya ilə əlaqədar qapadılan quru sərhədlərin yenidən açılması, ölkəyə bu yolla giriş-çıxışın bərpası son günlərin müzakirə mövzusudur.

Millət vəkilləri də quru sərhədlərin yaxın gələcəkdə açılmasının vacibliyini bildirib, hökumətə müraciət ünvanladıqlarını deyiblər. Bunlara baxmayaraq, hələ də problem həllini tapmayıb. Ölkədən gedənlər yalnız təyyarədən istifadə etmək məcburiyyətində qalıblar.

Bəs digər dövlət qurumları sərhədlərin açılması ilə bağlı Nazirlər Kabinetinə müraciət ediblər?

Dövlət Sərhəd Xidmətindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar dövlət sərhədindən buraxılış məntəqələrində tətbiq edilmiş məhdudiyyətlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir.