Quzanlı sakinləri təhlükə altında: Sahibsiz itlər küçələri bürüyüb – VİDEO

Quzanlı sakinləri təhlükə altında: Sahibsiz itlər küçələri bürüyüb – VİDEO

Ağdam rayonunun Quzanlı qəsəbəsi sakinləri son günlər küçələrdə sahibsiz itlərin sayının artmasından narahatdırlar. Onların sözlərinə görə, qəsəbənin müxtəlif küçə və məhəllələrində dolaşan itlər təhlükə mənbəyinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, sakinlər bildirirlər ki, xüsusilə səhər və axşam saatlarında uşaqların məktəbə gedib-gəlməsi çətinləşir. Bəzi hallarda itlərin aqressiv davrandığı iddia edilir.

Qəsəbə sakinləri məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edərək sahibsiz itlərin toplanması və təhlükəsizliyin təmin olunması üçün tədbir görülməsini tələb edirlər.