Rəşad Dağlı həbsxanada övladları ilə görüşdü

Rəşad Dağlı həbsxanada övladları ilə görüşdü

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı övladları ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı oğlu Yusif “Instagram” səhifəsində paylaşıb.

O, bacısının fotosunu paylaşaraq görüşdə ağladığını bildirib:

“Betül atası ilə görüşdən sonra nəzarətçilərə “Nə olar, qoyun, atam mənimlə evə getsin, atamı buraxın. Nə olar” sözlərini deyib.