Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib

Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun cənazəsi Nizami Kino Mərkəzinə gətirilib.

NOCOMMENT xəbər verir ki, saat 12:00-da mərkəzdə mərhumla vida mərasimi başlayacaq.

Vida mərasimindən sonra cənazə dəfn edilmək üçün I Fəxri xiyabana aparılacaq.

Xatırladaq ki, R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakı şəhərində anadan olub. O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. Onun cənazəsi martın 15-də Vətənə gətirilib.