Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

Rüstəm İbrahimbəyovun dəfn yeri AÇIQLANDI

Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn olunacağı yer açıqlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə oxu.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev danışıb.

O bildirib ki, R.İbrahimbəyovla vida mərasimi 16 mart, saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq: “Vida mərasimi başa çatdıqdan sonra Xalq yazıçısı Birinci Fəxri Xiyabanda dəfn olunacaq”.

Qeyd edək ki, R.İbrahimbəyov martın 10-da Rusiyanın Moskva şəhərində dünyasını dəyişib. Xalq yazıçısı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov 1939-cu ildə Bakı şəhərində anadan olmuşdu.