Sabiq icra başçısının cəzası azaldılıb

Sabiq icra başçısının cəzası azaldılıb

Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cəzası azaldılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə report-a onun vəkili Elnur Vəliyev məlumat verib.

O bildirib ki, Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun 7 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ilə endirilib.