Sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

Sabiq icra başçısının məhkəməsi Bakıda keçiriləcək

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək.

Lənkəran Ağır Cinayətlər Məhkəməsindən NOCOMMENT-ə verilən məlumata görə, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədov sədrlik edəcək.