Şabranda gənc oğlan qəbiristanlıqda intihar edib

Şabranda gənc oğlan qəbiristanlıqda intihar edib

Şabranda 24 yaşlı gənc qəbiristanlıqda intihar edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü Eldarov Heydər Rauf oğlu ötən gün saat 23 radələrində Şabran şəhər qəbiristanlığında yaxın qohumlarının dəfn olduğu yerdə özünü asıb.

Meyitin boğazında stranqulyasiya izindən başqa gözlə görünən xəsarət izləri aşkar edilməyib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.