Şabranda mikroavtobus aşdı – Ölən və xeyli sayda yaralı var

Şabranda mikroavtobus aşdı – Ölən və xeyli sayda yaralı var

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
APA