ŞAD XƏBƏR: Avtobus və metro PULSUZ OLACAQ

ŞAD XƏBƏR: Avtobus və metro PULSUZ OLACAQ

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçıları üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq.

NOCOMMENT.az xəbər verir ki, akkreditasiyadan keçmiş iştirakçılar və qeydiyyat təsdiqi məktubu olan şəxslər Bakı Metropoliteni, şəhər avtobusları, həmçinin "Koroğlu" Nəqliyyat Qovşağı ilə Bakı Olimpiya Stadionu arasında fəaliyyət göstərən xüsusi K1 servis avtobuslarından ödəniş etmədən istifadə edə biləcəklər.

Qeyd edək ki, WUF13 forumu 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək.