Samur gömrük postunda dəhşətli qəza: Türkiyəli sürücü öldü

Samur gömrük postunda dəhşətli qəza: Türkiyəli sürücü öldü

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda ölümlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə dünən saat 16 radələrində qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, 1986-cı il təvəllüdlü Elmir Salahov DSX-yə məxsus olan xidməti “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən Bakı-Quba yolunun 201-ci kilometrliyində gömrük terminalında Rusiyadan Azərbaycana keçən TIR-ın türkiyəli sürücünü vurub. Nəticədə 1974-cü il təvəllüdlü İsmayıl Şahin yük maşınının altında qalaraq ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.