Şəhid Ayaz Nəzərov dəfn edilib

Şəhid Ayaz Nəzərov dəfn edilib

Şəhid olan Ayaz Azər oğlu Nəzərov dəfn olunub.

NOCOMMENT xəbər verir ki, şəhid doğulub, boya-başa çatdığı Tovuz rayonunun Bozalqanlı kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Yaylım atəşi açılıb, şəhidin tabutu üzərində olan üçrəngli şanlı bayraq şəhidin ailəsinə verilib.