Səhiyyə Nazirliyi yenidən əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi yenidən əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi omikronla bağlı yenidən əhaliyə müraciət edib.

NOCOMMENT xəbər verir ki, nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlərin verdiyini bildirib.

O qeyd edib ki, omikron ştamına yoluxanlar, xüsusilə də peyvənd olunanlar xəstəliyi daha yüngül keçirirlər: “Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda omikron ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda yeni ştama görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin omikronla təkrar yoluxma riski delta virusla yoluxmadan bir neçə dəfə çoxdur”.

Nazirlik rəsmisi deyib ki, yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir: “Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır”.