Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövlətə nə qədər ziyan vurduğu məlum olub.
NOCOMMENT xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, Səlim Müslümov rüşvət alma yolu ilə 13 296 355 manat, mənimsəmə yolu ilə 7 237 188 manat, israf edilmiş yolla 7 087 671 manat ziyan vurduğu üzə çıxıb.
Səlim Müslümov dəymiş ziyanın 6 974 428 manatını ödəyib.
İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib.
Qeyd edək ki, Səlim Müslümovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.











