Şəmkir şəhərində yol-nəqliyyat hadisəsi olub, 3 nəfər xəsarət alıb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə şəhərin 1-ci küçəsində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov, 2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Daha sonra Məhərrəm Məmmədov Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda dünyasını dəyişib
Digər şəxslərin vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.












