Seymur Talıbov atasının istefasına belə əl qaldırıb – VİDEO

Seymur Talıbov atasının istefasına belə əl qaldırıb – VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

Onun səhhəti ilə bağlı vəzifəsindən azad olunması barədə müraciəti Ali Məclisin altıncı çağırış səkkizinci sessiyasında səsə qoyularaq qəbul olunub. İclasda Ali Məclisin deputatı, Vasif Talıbovun oğlu Seymur Talıbov da iştirak edib. O da digər deputatlar kimi atasının istefası ilə bağlı sessiyada əl qaldırıb.

NOCOMMENT xəbər verir ki, Naxçıvan TV-nin sessiyadan hazırladığı süjetin həvəskar kadrları sosial şəbəkə səhifəsində Heydər Oğuz paylaşıb.

Kadrlarda S.Talıbovun atasının istefasına əl qaldırması da əks olunub.

Həmin görüntüləri təqdim edirik: