Sıxlıq olan yollar açıqlandı – SİYAHI

Sıxlıq olan yollar açıqlandı – SİYAHI

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sıxlıq olan yolların siyahısını açıqlayıb.

NOCOMMENT sıxlıq olan yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Alı Mustafayev küçəsi Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
6. Binəqədi şosesi Azadlıq prospekti m/st istiqamətində;
7. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
8. Xətai prospekti Heydər Əliyev prospekti istiqamətində;
9. 28 May küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Zərifə Əliyeva küçəsində;
11. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində;
13. Dilarə Əliyeva küçəsi Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
14. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
15. Babək prospekti mərkəz istiqamətində;
16. 20 Yanvar dairəsində;
17. Ağa Neymətulla küçəsi Nəriman Nərimanov m/st istiqamətində;
18. Yusif Səfərov küçəsi mərkəz istiqamətində sıxlıq müşahidə olunur.