SON DƏQİQƏ: Gənc qızlar metroda stansiyanın yoluna düşüblər

SON DƏQİQƏ: Gənc qızlar metroda stansiyanın yoluna düşüblər

“İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar”.

Bunu NOCOMMENT-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat ixmdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

“Dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb”, – deyə B.Məmmədov bildirib.