Son 4 gündə Azərbaycanda yol qəzalarında 15 nəfər ölüb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
O qeyd edib ki, 6-9 noyabr tarixlərində respublikanın avtomobil yollarında ölümlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 15 nəfər ölüb, 8 nəfər xəsarət alıb.












