Son iki gündə yol qəzalarında 6 nəfər öldü

Son iki gündə yol qəzalarında 6 nəfər öldü

Azərbaycanda son iki gündə baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, martın 21-i və 22-də yol qəzalarında 6 nəfər ölüb.

Belə ki, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 1 nəfər xəsarət alıb.