Son sutkada nə qədər vaksin vurulub?

Son sutkada nə qədər vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.