Azərbaycanda son sutkada 2933 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci doza vaksinlərin sayı 354, ikinci doza vaksinlərin sayı 268 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2086-dır. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 225 olub.













