Son sutkada vaksin vurulmayıb

Son sutkada vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 595 242, birinci doza peyvəndlərin ümumi sayı 5 334 494, ikinci doza vaksinlərin sayı 4 836 495 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 187 702, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 236 551 olub.