Süleyman Nemətovun sakinlərlə gündəm olan görüşü barədə DİN-dən AÇIQLAMA

Süleyman Nemətovun sakinlərlə gündəm olan görüşü barədə DİN-dən AÇIQLAMA

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar resbublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycan Respublikası DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bütün müraciətlər diqqətlə yoxlanılır, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülür. Qəbula gələn 159 vətəndaşı dinləyən S.Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

Elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək.

Muxtar respublikanın daxili işlər naziri vətəndaş qəbullarını davam etdirir.