Xalq yazıçısı Anarın növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri seçilməsi birmənalı qarşılanmayıb.
NOCOMMENT.az xəbər verir ki, gənc yazarlar Emil Rasimoğlu və Fuad Cəfərli Anarın növbəti dəfə sədr seçilməsinə eitrazlarını bildiriblər.
Yazıçı Anar isə onlara “şuluq salmaqla iqtidara gəlmək olmaz”, – deyə cavab verib.
Qeyd edək ki, AYB-nin bu gün keçirilən XIII qurultayında Xalq yazıçısı Anar Rzayev yenidən Birliyin sədri vəzifəsinə layiq görülüb.
Anar 1987-ci ildən AYB-nin sədridir. Onun 84 yaşı var.
modern












