Sumqayıtda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 160 kv.m (1-ci mərtəbəsi 80 kv.m, mansardı 80 kv.m) olan mansard tipli birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 60 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.












