Sumqayıtda Mercedes aşıb: Ölən var

Sumqayıtda Mercedes aşıb: Ölən var

Dekabrın 31-də saat 14 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Qobustan rayon sakini K.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Bu barədə NOCOMMENT-ə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.