Sumqayıt şəhərində qadın intihar edib.
NOCOMMENT apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda, 52-ci binada qeydə alınıb.
Orta yaşlı qadın özünü 5-ci mərtəbədən atıb. O, hadisə yerində dünyasını dəyişib. İntihar edən şəxsin kimliyi dəqiqləşdirilir. Hadisənin səbəbi məlum deyil.
Meyit aidiyyəti üzrə təhvil verilib.












