Bakının Suraxanı rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, Qaraçuxur qəsəbəsində avtomobil yolu keçən 19 yaşlı Yüsif Rəşidovu vurub.
Yaralı komatik vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.












