Sürücülərin nəzərinə: Bu küçədə cərimələnə bilərsiniz

Sürücülərin nəzərinə: Bu küçədə cərimələnə bilərsiniz

Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 6 nömrəli ASAN Xidmətə şəxsi nəqliyyat vasitəsi ilə gələn vətəndaşlar diqqətli olsun. Çünki ərazidə parkinq nişanı olmadığından avtomobilini yol kənarında saxlayan sürücülər cərimələnirlər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən axar.az-a bildirilib ki, sözügedən əraziyə yaxın parkinqlər mövcuddur.

“Yaxınlıqda Heydər Əliyev parkının önündəki parklanma yeri də var. Vətəndaşlar parkın önündə maşınlarını saxlaya bilərlər”, – deyə BNA-dan qeyd edilib.

Yol nişanlarının olmamasına gəldikdə isə, qurumdan bildirilib ki, sabah BNA əməkdaşları əraziyə baxış keçirəcək və zəruri olarsa, həmin yerdə maşınların müəyyən edilən yerlərdə parkinqi üçün lövhə yerləşdiriləcək.