TƏBİB: Günvurma halları artıb

TƏBİB: Günvurma halları artıb

Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 59 nəfər müraciət edib.

TƏBİB-dən NOCOMMENT-ə verilən məlumata görə, onlardan 30 nəfər hospitalizasiya edilib, 29 nəfərə yerində yardım göstərilib.