Təhlükəsizlik idarəsinin rəisi işdən çıxarılıb? – FOTO

Təhlükəsizlik idarəsinin rəisi işdən çıxarılıb? – FOTO

10:43

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) kadr islahatı aparılıb.

NOCOMMENT.az “Unikal”a istinadla xəbər verir ki, bununla bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrə əsasən, SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimov vəzifəsindən azad edilib.

***

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb. Bu haqda SOCAR prezidenti Rövşən Nəcəfin Əmr imzaladığı bildirilib. 

SOCAR-ın Təhlükəsizlik İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, yayılan məlumat həqiqətə uyğun deyil.

“SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi İlkin Rəhimovun vəzifədən azad edilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat həqiqəti əks etdirmir. İlkin Rəhimov hazırda SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi kimi vəzifəsinin icrasını davam etdirir”, – məlumatda qeyd olunub.