Tərtərdə iki nəfər minaya düşdü

Tərtərdə iki nəfər minaya düşdü

Tərtər rayon sakinləri minaya düşüblər.

NOCOMMENT.az xəbər verir ki, Tərtər rayonunun Səhləband kənd sakinləri olan 1990-cı il təvəllüdlü Nicat Cabbarov və 1976-ci il təvəllüdlü Rafael Bayramov Üçüncü Sovxoz adlanan ərazidə minaya düşüblər.

Minaya düşən şəxslərin qohum olduğu deyilir. Onlar ayaq nahiyyətlərindən xəsarətlər alıblar. Hər iki şəxs Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, minaya düşən sakinləri ərazidə olan çoban aşkar edib.