"Mərkəzi Neftçilər Xəstəxanası" PHŞ-in 1-ci mərtəbədə rentgen kabinetlərinin, 5-ci mərtəbə kardio cərrahiyyə, invaziv radiologiya şöbələrinin əsaslı təmir işləri aparılacaq.
NOCOMMENT.az xəbər verir ki, təmir işlərininin aparılmasına görə keçirilən tenderin qalibi "Gue Group" MMC-dir.
İşlərin həyata keçirilməsinə görə, şirkətə 2 milyon 862 min 412 manat ödəniləcək.
Qeyd edək ki, "Gue Group" 2025-ci ildən bu yana 15-ə yaxın tenderin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 1 milyon manatdan yuxarıdır. Bunların içində abadlıq, havalandırma, kondisionerlərə texniki xidmətinin satın alınması, çirkab suların və tullantıların yığılması, tikili və avadanlıqların təmiri, fasadın və dam örtüyünün təmiri işlərindən tutmuş mətbəə mallarının alınmasına qədər müxtəlif işlər üzrə keçirilən tenderlər var.
"Gue Group"un nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə, Üzeyir Qurbanovdur. Ü.Qurbanov şirkətin direktoru olmazdan öncə uzun illər müxtəlif müəssisələrdə satınalma meneceri olaraq çalışıb.









