Təzəpir Məscidinin rəisi vəfat edib

Təzəpir Məscidinin rəisi vəfat edib

Təzəpir Məscid Kompleksinin rəisi Hatəm Mirzəyev vəfat edib.

NOCOMMENT xəbər verir ki, o, noyabrın 7-də axşam saatlarında 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən Təzəpir Məscid Kompleksinin rəisi vəzifəsində çalışırdı.