Tibb bacısını cərəyan vuraraq öldürüb

Tibb bacısını cərəyan vuraraq öldürüb

Neftçala sakinini elektrik cərəyanı vuraraq öldürüb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Neftçala şəhərində qeydə alınıb. İlkin məlumata görə, şəhər sakini, 1973-cü iltəvəllüdlü Məmmədova Pərvanə Cəbrayıl qızı yaşadığı ünvanda iş görərkən, işlək vəziyyətdə olan su mühərrikində elektrik cərəyanı keçərək onu vurub.

Qadın hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, P.Məmmədova Neftçala Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.