“Tikinti şirkəti başımıza daş yağdırır, özümə qəsd edəcəyəm”

“Tikinti şirkəti başımıza daş yağdırır, özümə qəsd edəcəyəm”

Nəsimi rayonu, Əli bəy Hüseynzadə küçəsində “Vialon ”MMC tərəfindən söküntü işləri aparılır.
NOCOMMENT.az bu barədə Bakupost.az-a istinadən xəbər verir.
Tikinti şirkəti tərəfindən bina sökülərkən ətrafdakı evlər və iaşə obyektləri də zərər görüb.
Bu barədə yerli sakin Zümrüd Ələsgərova bildirib. O deyir ki, həmin ərazidə dönərxana işlədir: “Hazırda həm obyektimiz, həm də canımız təhlükə altındadır”.