Eks-deputat, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, o, Bakının məşhur hotellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls-Royce” avtomobilini idarə edib.
Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10 YY 040 dövlət qeydiyyat nişanlı avtomobil “Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanunu təmsilçisi Orxan Əliyevdir. O.Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.













