Türkanın ifasını eşidən Əməkdar artist əsəbiləşdi – VİDEO

Türkanın ifasını eşidən Əməkdar artist əsəbiləşdi – VİDEO

Əməkdar artist Sevda Ələkbərzadə küçədə səsləndirilən mahnıya əsəbiləşib.

NOCOMMENT axsam.az-a istinadən xəbər verir ki, həmin an lentə aldığı görüntünü müğənni instaqram hesabında paylaşıb.

“İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan aşağıdır. Bununla kim məşğul olur, görəsən?”, – deyə Sevda bildirib.

Qeyd edək ki, İçərişəhərdə baş tutan konsertdə ifa edən Türkan Vəlizadə olub. O, “Ağlıma bir ad gəlir” mahnısını oxuyub.