Türkiyədə müalicə olunan qazilərimiz vətənə qayıdıblar

Türkiyədə müalicə olunan qazilərimiz vətənə qayıdıblar

Ağır yaralanan və müalicə üçün YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.

Fonddan NOCOMMENT-ə bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Alıyev Seymur Cavanşir oğlu
2. Zöhrablı Təbriz Atamoğlan oğlu
3. Şirəliyev Mehman İbrahim oğlu

Qeyd olunub ki, qazilərimizdən ikisinin Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb, biri isə təkrar müayinə üçün göndərilib və müalicənin gedişatı müsbət qiymətləndirilib.

Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də fond tərəfindən təmin edilib.

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 43 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

YAŞAT Fondundan bildirilib ki, qazilərin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanacaq.