Ukraynadan təxliyə olunan şagirdlərin təhsili necə olacaq?

Ukraynadan təxliyə olunan şagirdlərin təhsili necə olacaq?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Ukraynadan təxliyə olunan azərbaycanlı şagirdlərin tədrisə cəlb edilməsi məsələsinə aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, BŞTİ müdiri Mehriban Vəliyeva report-un sualına cavab olaraq bildirib ki, idarəyə bununla bağlı müraciətlər daxil olub.

Onun sözlərinə görə, Ukraynadan Azərbaycana təxliyə olunan şagirdlərin məktəbə götürülməsi ilə bağlı heç bir problem yaşanmır.

M.Vəliyeva deyib ki, müraciətlər olduqca şagirdlərin məktəblərə yerləşdirilməsi prosesi davam edir.